• Bakı 33° C

    5.5 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

PSJ Yaponiya millisinin qapıçısını heyətinə qatmağa hazırlaşır

İDMAN

09 Avqust 2026 | 10:28

PSJ Yaponiya millisinin qapıçısını heyətinə qatmağa hazırlaşır

Fransa təmsilçisi PSJ Yaponiya millisinin və İtaliyanın “Parma” komandasının qapıçısı Dzion Suzukini transfer edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, Çempionlar Liqasının qalibi 23 yaşlı futbolçu üçün 36 milyon avrosundan keçməyə hazırdır.

Tərəflər 2031-ci ilə qədər nəzərdə tutulan müqavilə şərtlərini müzakirə edirlər.

Fabrizio Romanonun məlumatına görə, transferin ümumi dəyəri bonuslarla birlikdə 35 milyon avro olacaq. Razılaşmanın yaxın 48 saat ərzində tamamlanması gözlənilir.

Qeyd edək ki, Suzuki ötən mövsüm “Parma”nın heyətində 22 oyuna çıxıb, 30 qol buraxıb və 6 matçda qapısını toxunulmaz saxlayıb.

O, 2026-cı il dünya çempionatında Yaponiya millisinin heyətində də çıxış edib. Yaponiya mundialda 1/16 finala qədər irəliləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Avqust 2026