• Bakı 30° C

    2.31 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

İmişlidə avtoqəzada xəsarət alanlardan XƏBƏR VAR

CƏMİYYƏT

08 Avqust 2026 | 15:23

İmişlidə avtoqəzada xəsarət alanlardan XƏBƏR VAR

İmişlidə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxlərin vəziyyəti məlum olub.

Bakıvaxtı.az-ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan üç nəfər (bir kişi , iki qadın) avqustun 7-də saat 23:50-də İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Məlumata görə, onlara qapalı kəllə-beyin travması, alının sağ qaş nahiyəsinin əzilmiş, cızılmış yarası, hər iki aşağı ətrafın sıyrılmış yarası, qarının küt travması diaqnozları təyin olunub. 2011-ci il təvəllüdlü (qadın) və 1989-cu il təvəllüdlü (kişi) şəxslərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

"Vəziyyəti orta ağır qiymətləndirilən 1986-cı il təvəllüdlü (qadın) pasiyent isə ilkin tibbi yardım göstərildikdən sonra avqustun 8-də Sabunçu Tibb Mərkəzinə təxliyə olunub", - məlumatda bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Avqust 2026