• Bakı 30° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

Ermənistan Baş naziri ABŞ Prezidenti ilə sülh prosesi və TRIPP-i müzakirə etdi

DÜNYA

08 Avqust 2026 | 18:11

Ermənistan Baş naziri ABŞ Prezidenti ilə sülh prosesi və TRIPP-i müzakirə etdi

Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Administrasiyası məlumat yayıb.

Paşinyan Trampa 2025-ci il avqustun 8-də Ağ Evdə keçirilən Sülh Zirvə Toplantısının təşkilinə və Ermənistan və Azərbaycan liderləri tərəfindən qəbul edilmiş Sülh Bəyannaməsinin imzalanmasına şahidlik etdiyinə görə təşəkkür edib, ABŞ Prezidentinin sülhün bərqərar olmasında səylərinin həlledici əhəmiyyətini vurğulayıb.

Həmsöhbətlər qeyd ediblər ki, Vaşinqton Sülh Sammiti Ermənistan və Azərbaycan arasında real sülhə gətirib çıxarıb və bunu hər iki ölkənin xalqı görür və hiss edir.

Telefon danışığı zamanı TRIPP layihəsinin icrası da müzakirə edilib.

Paşinyan və Tramp yaxın gələcəkdə TRIPP-in tikintisinə başlamaq əzmlərini bir daha təsdiqləyib.

Ermənistan-ABŞ ikitərəfli və beynəlxalq gündəliyindəki digər məsələlər də müzakirə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Avqust 2026