• Bakı 19° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

İran Hörmüz boğazının xaricində "girişsiz zona" elan edəcək

DÜNYA

07 Sentyabr 2026 | 16:34 | Müəllif: Gülşən Şərif

İran Hörmüz boğazının xaricində "girişsiz zona" elan edəcək

İslam Respublikası yaxın günlərdə Hörmüz boğazının xaricində giriş qadağan olunmuş zona elan edəcək və bu ərazidən keçməyə çalışan hər hansı bir gəmini sanksiya siyahısına salacaq.

Bakıvaxtı.az "İRNA"ya istinadən xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi deyib.

O, bildirib ki, Hörmüz boğazının bir tərəfində zona Amerika dəniz blokadası xəttindən başlayacaq, digər tərəfində isə Fars körfəzinin bir hissəsini əhatə edəcək:

"İranın razılığı olmadan zonaya daxil olan gəmilər sığorta əhatə dairəsinə və gələcəkdə su yolundan keçidlərinə təsir edən sanksiyalarla üzləşəcəklər".

rzayi bu addımı İranın müharibəyə və diplomatiyaya yanaşmasında Vaşinqtona təzyiqi artırmağa yönəlmiş daha geniş strateji dəyişikliyin bir hissəsi adlandırıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026