Los-Anceles Beynəlxalq Hava Limanında Kanada və Amerika aviaşirkətlərinə məxsus təyyarələr toqquşub.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Mülki Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.
Məlumata görə, "Delta Air Lines 7" nömrəli reysi uçuşa hazırlaşarkən sol qanad ucu Los-Anceles Beynəlxalq Hava Limanında "Air Canada" şirkətinin 785 nömrəli reysinin üfüqi stabilizatoruna dəyib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
ABŞ Mülki Aviasiya Administrasiyası hadisənin səbəbini araşdırır.
Gülşən Şərif
















