• Bakı 20° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Kobaxidze: Gürcüstan Orta Dəhlizin ayrılmaz hissəsidir

DÜNYA

07 Sentyabr 2026 | 16:12 | Müəllif: Gülşən Şərif

Kobaxidze: Gürcüstan Orta Dəhlizin ayrılmaz hissəsidir

Gürcüstan əsrlər boyu Şərqlə Qərbin, Avropa ilə Asiyanın qovuşduğu məkan olub və bu gün böyük potensiala və strateji əhəmiyyətə malik Orta Dəhlizin ayrılmaz hissəsidir.

Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, bunu Batumidə keçirilən Gürcüstan Beynəlxalq Dəniz Forumunda çıxışı zamanı Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Baş nazirin sözlərinə görə, Dəniz Forumunun keçirilməsi qlobal iqtisadiyyatın yeni çağırışları fonunda xüsusi əhəmiyyət daşıyır:

"Belə ki, marşrutların şaxələndirilməsi, təchizat zəncirlərinin dayanıqlılığı və Avropa ilə Asiya arasında etibarlı əlaqələrin rolu getdikcə artır. Dünya Bankının qiymətləndirməsinə görə, müvafiq investisiyalar qoyulduğu və səmərəlilik artırıldığı təqdirdə, 2030-cu ilədək Orta Dəhliz üzrə yükdaşımaların həcmi üç dəfə arta, daşınma müddəti isə iki dəfə azala bilər. Biz bu imkanlardan istifadə etmək üçün uzunmüddətli plan hazırlamışıq. 2032-ci ilədək əsas nəqliyyat və logistika infrastrukturunun inkişafı üçün təxminən 7 milyard ABŞ dolları səfərbər etməyi planlaşdırırıq".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR