• Bakı 15° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Tramp Norveç kralının dəfnində iştirak etməyəcək

DÜNYA

07 Sentyabr 2026 | 17:30 | Müəllif: Günəş Mərd

Tramp Norveç kralının dəfnində iştirak etməyəcək

ABŞ Prezidenti Donald Tramp Norveç kralı V Haraldın dəfn mərasimində iştirak etməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Norveçin NRK telekanalı məlumat yayıb.

Bildirilib ki, ABŞ mərasimdə gözləniləndən daha aşağı səviyyədə təmsil olunacaq. Ağ Evin sentyabrın 9-da keçiriləcək dəfn mərasiminə kimi kimi göndərəcəyi isə hələlik məlum deyil. 

NRK qeyd edib ki, ABŞ-nin o zamankı vitse-prezidenti Den Kuayl 1991-ci ildə Norveç kralı V Olavın dəfn mərasimində iştirak edib.

Bəzi Norveç KİV-ləri ABŞ-ni mərasimdə birinci xanım Melani Trampın təmsil edə biləcəyini ehtimal edir. Təsdiqlənmiş qonaqlar arasında Avropa kral ailələrinin, həmçinin İordaniya və Yaponiyanın nümayəndələri, dövlət və hökumət başçıları, eləcə də əsasən Avropa ölkələrindən olan nazirlər var.

Qeyd edək ki, Norveç kralı V Harald avqustun 28-də 89 yaşında Oslo Universitet Xəstəxanasında vəfat edib. Norveç Kral Sarayı onun ölümünü rəsmi şəkildə təsdiqləyib. Kralın dəfn mərasimi sentyabrın 9-da Oslodakı kilsədə keçiriləcək.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR