• Bakı 15° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Fransada rekord isti

DÜNYA

07 Sentyabr 2026 | 17:19 | Müəllif: Günəş Mərd

Fransada rekord isti

Fransada sentyabr ayı üçün yeni milli temperatur rekordu qeydə alınıb. Ölkənin cənubundakı Tarn departamentinin Lavaur şəhərində sentyabrın 6-da havanın temperaturu 40,3°C-yə yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb.

Bununla da Fransada sentyabr ayı üzrə əvvəlki rekord yenilənib. 2022-ci il sentyabrın 12-də Landes departamentinin Pissos şəhərində 40,2°C temperatur qeydə alınmışdı.

Qeyd edək ki, avqustun sonunda Fransanın 96 departamentindən 44-də güclü ildırım səbəbilə narıncı hava xəbərdarlığı elan edilmişdi.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR