• Bakı 20° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Sumqayıtda yol çökdü: Yaşayış binasına doğru irəliləyir

HADİSƏ

08 Avqust 2026 | 12:22 | Müəllif: Subhan Mahmudov

Sumqayıtda yol çökdü: Yaşayış binasına doğru irəliləyir

Sumqayıtda Üzeyir Hacıbəyov küçəsində avtomobil yolunun bir hissəsində çökmə yaranıb. Məlumata görə, çökmə getdikcə genişlənərək yaxınlıqdakı yaşayış binası və obyektlər üçün təhlükə yaradır.

Bakıvaxtı.az xəbər verir ki, ilkin ehtimala əsasən, yolun altından keçən iri diametrli kanalizasiya kollektorunda baş verən qəza asfalt örtüyünün çökməsinə səbəb olub. Ərazidə təhlükəsizlik tədbirləri görülərək yol və ətraf sahə mühafizəyə götürülüb.

Sumqayıt Sukanal İdarəsindən bildirilib ki, əraziyə baxış keçirilib və problemin aradan qaldırılması üçün müvafiq işlər görüləcək. Qəzanın yaxın müddətdə aradan qaldırılması nəzərdə tutulur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026