• Bakı 19° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Bakı Olimpiya Stadionunun yaxınlığında qəza: ölən var

HADİSƏ

07 Sentyabr 2026 | 10:47 | Müəllif: Qalib İbrahimoğlu

Bakı Olimpiya Stadionunun yaxınlığında qəza: ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az  xəbər verir ki, hadisə Sabunçu qəsəbəsi ərazisində, Bakı Olimpiya Stadionunun yaxınlığında qeydə alınıb. Belə ki, 1998-ci il təvəllüdlü Şahin Elman oğlu Məmmədovun idarə etdiyi "Hyundai" markalı avtomobil ötmək əməliyyatını yerinə yetirərkən 1998-ci il təvəllüdlü Ruslan Maqsud oğlu Mayılzadənin idarə etdiyi "Mercedes-Benz" markalı avtomobilə dəyib. Nəticədə "Hyundai" markalı avtomobil idarəetməni itirərək aşıb və yol kənarına düşüb.

Hadisə zamanı Ş.Məmmədov yerləşdirildiyi Sabunçu Tibb Mərkəzində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026