• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Gəmidə yaralanan Coşqunun FOTOSU

HADİSƏ

06 Oktyabr 2026 | 21:29 | Müəllif: Subhan Mahmudov

Gəmidə yaralanan Coşqunun FOTOSU

Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında "Royad Məmmədov" adlı xarici yük gəmisinin dron hücumuna məruz qalması nəticəsində xəsarət alanlardan biri də Masallı rayonunun Digah kənd sakini Coşqun Məmmədəliyevdir.

Bakıvaxtı.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, 3 ildir gəmidə mühərrik ustası kimi çalışırmış.

Hazırda o, Rumıniyada gəmidə xəsarət alanlarla birlikdə müalicə alır.

Atası Azər Məmmədəliyev bildirib ki, Coşqun 2 aydır gedib.

"Hər şey normal idi, salamatlıq idi. Rumıniya şəhərində idilər. Hadisə dünən səhər olub. Bizim məlumatımız olmayıb. Bu gün səhər xəbərimiz olub ki, gəmi vurulub. Şərait yaradıblar, özü ilə danışmışıq. Hər şey qardasındadır", - deyə o, vurğulayıb.


Gəmidə yaralanan Coşqunun FOTOSU
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR