• Bakı 19° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Ötən ay 26 aptekdə nöqsan aşkarlanıb

HADİSƏ

06 Oktyabr 2026 | 14:32 | Müəllif: Gülşən Şərif

Ötən ay 26 aptekdə nöqsan aşkarlanıb

 Azərbaycanda sentyabr ayı ərzində ümumilikdə 110 aptekdə yoxlama həyata keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, yoxlamalardan 1-i Bakı şəhərində, 109-u isə ölkənin digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Yoxlamaların 105-i planlı, 5-i plandankənar olub.

Aparılmış yoxlamalar nəticəsində 26 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb. Bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 452.1 ,452.2, 452.3 və 452.4 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026