• Bakı 19° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Bacısının sevgilisini öldürən şəxsə HÖKM OXUNDU

HADİSƏ

07 Sentyabr 2026 | 10:11 | Müəllif: Əli Hüseynov

Bacısının sevgilisini öldürən şəxsə HÖKM OXUNDU

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib.

Məlum olub ki, F.Poladov bacısı ilə Ramalın münasibətini öyrənib. O, “Tiktok” sosial şəbəkəsində bacısının Ramalla əl-ələ fotosunu görüb, həmçinin həmin şəxsin tez-tez “Vaz” markalı avtomobillə yaşadığı evin qarşısına gəldiyini bilib.

Bundan sonra F.Poladov Ramalı yaşadıqları evin yaxınlığına çağırıb. Gecə saat 02 radələrində baş tutan görüş zamanı yeniyetmə oğlan Ramala avtomobildə bıçaqla hücum edərək zərbələr endirib. R.Quliyev kəskin qan itirmədən ölüb.

Məhkəmənin hökmü ilə F.Poladova 9 il 6 ay həbs cəzası verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026