“8 avqust 2025-ci il tarixdə Vaşinqtonda əldə edilən Vaşinqton Bəyannaməsi Azərbaycan-Amerika strateji tərəfdaşlığı üçün mühüm bir geosiyasi anı təsvir etməyə imkan verir. Burada Azərbaycan-Amerika strateji tərəfdaşlıq xəttini Cənubi Qafqazla bərabər, digər regionlarda da təsir dairəsi yarada biləcək qüvvədə görə bilərik”.
Bunu analitik Aqşin Kərimov Vaşinqton Bəyannaməsinin yaratdığı dönüş nöqtəsi barədə Bakıvaxtı.az-a danışarkən bildirib.
Onun sözlərinə görə, ABŞ-nin maraqları Cənubi Qafqazla MərkəziAsiya arasında vahid geosiyasi məkan anlayışını yerləşdirməkdən ibarətdir:
“Bu qavrayış Azərbaycanın xarici siyasət prioritetləri ilə də uyğunluq təşkil edir. Ümumiyyətlə, rəsmi Bakı ilə Vaşinqton arasındakı razılıq çərçivəsində Ermənistanın yeni regional konfiqurasiyadakı yerini müəyyənləşdirir. Bu müəyyənləşdirmədə Azərbaycan- ABŞ maraqları İrəvan tərəfindən ciddi şəkildə nəzərə alınır. Əvvəlki illərdən fərqli olaraq, İrəvanın Rusiya ilə hər hansı bir sövdəkləşməyə girmək imkanları bloklanır. Hərçənd ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da Rusiyadan uzaqlaşaraq, qərbyönümlü siyasət yürüdür və bunu açıq şəkildə bəyan edir. Bununla belə rəsmi Moskvanın Ermənistan daxilində təsir imkanları mövcuddur. ABŞ bunu nəzərə alaraq, həmin təsir imkanlarının neyrallaşdırılması üçün bu razılaşmalardan yararlanmağa çalışa bilər”.
A.Kərimovun qənaətinə görə, Azərbaycanın regionda mövqeyi ona görə güclənəcək ki, TRİPP marşrutu Orta Dəhlizin mühüm seqmenti kimi həm ABŞ, həm də onunla rəqəbat aparan Çinin maraqlarını bu regionda konvergensiya edir.

Aqşin Kərimov: Bəyəannamə daha geniş regional münasiblətlər sisteminə təsir göstərən maddələri özündə ehtiva edir
Müsahibimiz qeyd edib ki, Azərbaycanın mövqeyi bu eyniləşdirmə nöqtəsində ona görə güclüdür ki, o, iki ziddiyyətli tərəfi bir-biri ilə əməkdaşlığa təşviq edə bilər:
"Belə olan təqdirdə Azərbaycan ABŞ ilə strateji konturlarının nə qədər uzaqları hədəflədiyini söyləyə bilərik”.
Analitik onu da diqqətə çatdırıb ki, Azərbaycan ABŞ-nin dünya geosiyası arxitekturasındakı mövqelərinə dəstək verir:
“Bu əsasən Sülh Şurasının yaradılmasında və Azərbaycanın həmin şuraya dəstək göstərməsində özünü büruzə verdi. Artıq Azərbaycan Respublikası Yaxın Şərqdə də bir oyunçuya çevrilir. TRİPP marşrutunda Azərbaycan ABŞ-nin təhlükəsizlik baxımından təminatını aldıqdan sonra Yaxın Şərqdəki proseslərdə də Amerika ilə müəyyən təhlükəsizlik meyarlarının qurulmasına dəstək verən tərəf kimi çıxış edə bilər. Biz bunun bəzi əlamətlərini müşahidə edirik. Ümumilikdə, Vaşinqton Bəyannaməsi böyük bir hadisədir. Bu hadisə bir regionla məhdudlaşmır və daha geniş regional münasiblətlər sisteminə təsir göstərən maddələri özündə ehtiva edir”.
Aydın Baxış
Bakı 



