• Bakı 31° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

Blogerin əri onun ad günündə ölübmüş... - FOTO

HADİSƏ

08 Avqust 2026 | 11:25

Blogerin əri onun ad günündə ölübmüş... - FOTO

Xəbər verdiyimiz kimi, bloger Pərvin Səfiyarovanın həyat yoldaşı Emin Səfiyarov qəfil dünyasını dəyişib.

Bakıvaxtı.az Axşam.az-a istinadla xəbər verir ki, Pərvinin bacısı, keçmiş vizajist Nərmin İbrahimova onun ölümü ilə bağlı bəzi məqamları açıqlayıb. Nərmin bildirib ki, Eminin qəfildən ürəyi və ciyərləri dayanıb:

"3 ay əvvəl Emin maşını aşırtdı. Eminin maşını demək olar ki, konserva kimi əzilmişdi. Biz o gün yalnız bir şeyə şükür etdik – Eminin o maşından sağ çıxmasına. Amma sən demə, o qəza onun həyatını 3 ay sonra əlindən alacaqmış. Həkimlərin son diaqnozu tromboemboliya oldu. Qəfil rəhmətə getdi. Ürəyi və ciyərləri dayanıb. Biz hələ də bu dəhşəti qəbul edə bilmirik".

Nərmin əlavə edib ki, kürəkəni bacısının doğum günündə vəfat edib:

"Bacıma bu itkini ikiqat ağır edən bir məqam da var: yoldaşının dünyasını dəyişdiyi gün həm də bacımın doğum günüdür. Üstəlik, həyat yoldaşı onun gözlərinin önündə son nəfəsini verib. Bu, heç vaxt yaddaşından silinməyəcək bir ağrıdır. Hər il həmin tarix gələndə onun üçün sadəcə bir doğum günü olmayacaq: həm öz doğulduğu, həm də həyatının ən ağır itkisini yaşadığı gün olacaq".

Qeyd edək ki, Emin Səfiyarov aparıcı Turan İbrahimovun bacanağıdır. Onun anası Almaz Həşimova 1984-cü ildən Füzuli şəhərindəki M. Xəzani adına musiqi təmayüllü orta internat məktəbinə rəhbərlik edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Avqust 2026