• Bakı 20° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - FOTO

CƏMİYYƏT

08 Avqust 2026 | 09:53 | Müəllif: Subhan Mahmudov

Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - FOTO

Xəbər verdiyimiz kimi, avqustun 6-na keçən gecə Gəncənin Poçt qəsəbəsində yerləşən restoranların birində baş verən kütləvi dava zamanı 1983-cü il təvəllüdlü Azər Arzu oğlu Yusifov qətlə yetirilib.

Bakıvaxtı.az-ın “Qafqazinfo”ya istinadən n məlumatına görə, öldürülən şəxs Gəncə və ətraf rayonlarda tanınmış vəkil olan Araz Yusifovun qardaşı imiş.

Məlum olub ki, Azər Yusifov restoranda dava salan bir qrup gənci ayırmağa çalışarkən bıçaq xəsarəti alıb və hadisə yerində vəfat edib

Qeyd edək ki, A.Yusifov ailəli olub, iki uşaq atası idi.

Hadisə zamanı 1998-ci il təvəllüdlü Azmat Peçerskiy, 1998-ci il təvəllüdlü Tural İlyasov və 1995-ci il təvəllüdlü Rahib Bayramlı yaralanıb. Cinayəti törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Mirad Məmmədzadə saxlanılıb.

Fotoda Azər Yusifov


Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - FOTODalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026