Türkiyənin “Trabzonspor” klubu daha bir transfer reallaşdırmaq üzrədir.
Bakıvaxtı.az bu barədə yerli mediaya istinadla xəbər verir.
Məhəmməd Salahın transferi ilə həm Türkiyədə, həm də dünyada əhəmiyyətli təsir bağışlayan tünd qırmızı-mavi komanda, dünyaca məşhur daha bir futbolçunun axtarışındadır. Məlumata görə, “Trabzonspor” “Əl-Hilal”da oynayan hücumçu Darvin Nunez üçün hərəkətə keçib.
Qara dəniz təmsilçisinin qısa müddətdə Nunez və Səudiyyə Ərəbistanı klubu ilə görüş keçirəcəyi bildirilib.
Adı əvvəllər “Fənərbaxça”, “Qalatasaray” və “Beşiktaş”la hallanan uruqvaylı hücumçunun “Əl-Hilal”dan ayrılmaq istədiyi məlumdur.
Ötən mövsümün əvvəlində 53 milyon avroluq transfer haqqı müqabilində “Liverpul”dan “Əl-Hilal”a keçən 27 yaşlı futbolçu 24 matçda 9 qol vurub və 5 məhsuldar ötürmə edib.
Murad Məmmədli
Bakı 



