Fransanın xarici işlər naziri Jan-Noel Barro 2027-ci ildə keçiriləcək prezident seçkisi ərəfəsində bu ölkənin heç bir xarici müdaxilə cəhdinə dözməyəcəyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazir X sosial şəbəkə hesabında açıqlama yayıb.
Qeyd edək ki, son günlər prezidentliyə namizədlər Eduard Filip, Rafael Qlüksmann və Qabryel Attal Rusiyayönümlü şəbəkələrlə əlaqələndirilən dezinformasiya kampaniyalarının hədəfinə çevriliblər. Belə ki, Eduard Filipin səhhəti ilə bağlı yalan məlumatlar yayılıb. Rafael Qlüksmannın jurnalist həyat yoldaşının onun namizədliyini dəstəkləmək üçün mediaya təsir göstərməyə çalışdığı bildirilib. Qabryel Attal isə parkinson xəstəliyinə tutulduğu iddiası ilə hədəfə alınıb.
Fransa hakimiyyəti bunun xaricdən idarəolunan, seçki prosesinə təsir göstərməyə yönəlmiş koordinasiyalı informasiya manipulyasiyası olduğunu açıqlayıb.
Bakı 



