• Bakı 20° C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Avropaya çatmaq arzusu faciə ilə bitdi

DÜNYA

08 Avqust 2026 | 08:56 | Müəllif: Subhan Mahmudov

Avropaya çatmaq arzusu faciə ilə bitdi

Mərakeşdən Şimali Afrikadakı İspaniya ərazisi olan Seutaya paraşütlə keçməyə çalışan gənc miqrant dənizə düşərək həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, bu  barədə İspaniyanın EFE xəbər agentliyi mülki mühafizə mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, Səhraaltı Afrikadan olan gənc qeyri-qanuni miqrant Mərakeşdən Seutaya paraşütlə çatmağa cəhd edib.

Miqrant keçid zamanı paraşütün idarəetməsini itirib və dənizə düşüb. Hadisədən sonra xilasetmə və axtarış qrupları əraziyə cəlb olunub.

Axtarışlar nəticəsində miqrantın cansız bədəni dənizdən çıxarılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026