• Bakı 19° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Üç ölkə birgə hərbi təlimlərə başladı

DÜNYA

07 Sentyabr 2026 | 08:31 | Müəllif: Qalib İbrahimoğlu

Üç ölkə birgə hərbi təlimlərə başladı

Cənubi Koreya, ABŞ və Yaponiya “Freedom Edge” adlı üçtərəfli hərbi-dəniz təlimlərinə başlayıblar.

Bakıvaxtı.az xəbər verir ki, “Yonhap” agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəislərinə istinadla məlumat yayıb.

Təlimlər Çeju adasının cənub və şərqində yerləşən beynəlxalq sularda keçirilir və beş gün davam edəcək. Manevrlər dəniz, hava və kiberməkan da daxil olmaqla müxtəlif sahələri əhatə edir.

Cənubi Koreya tərəfi təlimlərin müdafiə xarakteri daşıdığını və beynəlxalq hüquqa uyğun keçirildiyini bildirib. Seul həmçinin təlimlərə cəlb olunan qüvvələrin miqyasının ötənilki təlimlərlə müqayisə edilə biləcəyini qeyd edib.

“Freedom Edge” təlimlərinin ilk mərhələsi 2024-cü ilin iyununda, növbəti mərhələləri isə 2024-cü ilin noyabrında və 2025-ci ilin sentyabrında keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026