Bu gün şənbədir. Beşgünkük yorğun iş rejimindən sonra adətən şənbə-bazar istirahət edir, yeni iş həftəsinə hazırlaşırıq.
Bakıvaxtı.az xəbər verir ki, amma şənbə gününü belə sevməyənlər var. Astroloji yanaşmaya görə həftəsonunda belə aktiv qalmaq istəyən bürclər bunlar hesab olunur:
Əkizlər - Evdə sakit oturmaqdan tez sıxılır, şənbəni hərəkətli keçirmək istəyir.
Qoç - Şənbə günü belə planları, görüşləri və fəaliyyətləri olsun istəyir. Boş gün ona darıxdırıcı gələ bilər.
Oxatan - Səyahət, gəzinti və yeni yerlər görmək istəyir. Planı olmayanda şənbəni sevməyə bilər.
Dolça - Adi istirahət rejimindən çox, maraqlı məşğuliyyətlərə üstünlük verir.
Şir - Sosiallaşmaq, dostlarla görüşmək və diqqət mərkəzində olmaq istəyir; sakit şənbə ona görə deyil.
Tərəzi -Şənbəni evdə keçirməkdənsə, dostlarla görüşməyi, alış-verişi və əyləncəni seçə bilər.
Nərgiz Məmmədli
Bakı 



