• Bakı 21° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Taksi sürücüləri bundan İMTİNA EDİR?

CƏMİYYƏT

07 Sentyabr 2026 | 09:13 | Müəllif: Əli Hüseynov

Taksi sürücüləri bundan İMTİNA EDİR?

Bəzi taksi sürücüləri uşaqlı sərnişinləri daşımaqdan imtina edirlər. 

Bakıvaxtı.az Xəzər Tv-yə istinadən xəbər verir ki,  bu barədə məlumatlar sosial şəbəkələrdə yayılıb.

Sürücülər arxa oturacaqda uşaqların nəzarətsiz qaldığını və ayyaqabı ilə oturacağı çirkləndirdiyini deyirlər. Növbəti müştəri maşına əyləşdikdə isə xoşagəlməz mənzərə ilə qarşılaşır. Nəticədə sürücünün proqramda reytinqi azalır.

Sürücülər deyirlər ki, digər bir problem sərnişinlərin avtomobildə qida qəbul etməsidir. Yemək qırıntıları və ləkələri təmizləmək hər dəfə mümkün olmur.. Bu isə həm avtomobilin ümumi vəziyyətinə, həm də növbəti sərnişinlərin rahatlığına mənfi təsir göstərir.

Nəqliyyat ekspertlərinin sözlərinə görə, sürüclər işindən olamamaq üçün qanunvericliyə uyğun addım atmalıdırlar.

Mövcud qanunvericiliyə əsasən, sərnişinlər də nəqliyyat vasitəsindən istifadə zamanı müəyyən edilmiş qaydalara əməl etməlidirlər. Avtomobilin çirkləndirilməsi, təhlükəsizlik qaydalarının pozulması və digər hallarda sürücü yaranmış vəziyyətlə bağlı tədbir görülməsini tələb edə bilər.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026