• Bakı 29° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.9633

    RUB - 2.1023

Paşinyan Qırğızıstan Prezidenti ilə görüşüb

DÜNYA

07 Avqust 2026 | 16:35

Paşinyan Qırğızıstan Prezidenti ilə görüşüb

Ermənistan baş naziri Nikol Paşinyan Çolpon-Atada Qırğızıstan Prezidenti Sadir Japarovla görüşüb.

Bakıvaxtı.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.

QırğızıstanPrezidenti bildirib ki, Ermənistan son illərdə sosial-iqtisadi inkişafda və mühüm islahatların həyata keçirilməsində əhəmiyyətli nəticələr əldə edib. O, Paşinyanın Cənubi Qafqazda dostluq və mehriban qonşuluq mühiti yaratmaq səylərini vurğulayıb və qeyd edib ki, sülh və sabitliyin təmin edilməsi davamlı artım və xalqın rifahının yaxşılaşdırılması üçün vacib şərtdir.

Nikol Paşinyan da öz növbəsində Sadir Japarovu Qırğızıstanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib. Qırğızıstanda qeydə alınan yüksək iqtisadi artıma toxunan Nikol Paşinyan bunun ölkədə həyat səviyyəsinin yüksəldilməsinə töhfə verəcəyini vurğulayıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Avqust 2026