• Bakı 28° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.9633

    RUB - 2.1023

17 yaşlı qızın toyu təxirə salındı

CƏMİYYƏT

07 Avqust 2026 | 19:10

17 yaşlı qızın toyu təxirə salındı

Ağdaş rayonunda yetkinlik yaşına çatmayan şəxsin toyu barədə daxil olmuş müraciət üzrə polis tərəfindən araşdırma aparılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, faktla bağlı Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri tədbirlər icra edilib.

Araşdırmalar zamanı qızın 17 yaşının olduğu müəyyənləşib.

Polis əməkdaşları, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri oğlanın və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Planlaşdırılan toy məclisi isə təxirə salınıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR