• Bakı 23° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Pentaqon 400 milyon dollarlıq lazer sistemləri alır

DÜNYA

07 Avqust 2026 | 23:53 | Müəllif: Subhan Mahmudov

Pentaqon 400 milyon dollarlıq lazer sistemləri alır

Pentaqon ilk dəfə olaraq ABŞ-nin "AeroVironment" texnologiya şirkətindən 400 milyon dollar dəyərində "Locust" lazer antidron sistemləri tədarük edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadla məlumat yayıb. Agentliyin məlumatına görə, bu müqavilə ABŞ ordusunun kiçik və orta ölçülü pilotsuz uçuş aparatlarını (PUA) məhv etmək üçün daha sərfəli və etibarlı üsullar axtardığını nümayiş etdirir.

Qeyd edək ki, bir müddət əvvəl Pentaqonun pilotsuz sistemlər proqramının meneceri Trevis Metz ABŞ-nin yerli dron sənayesini qurmaqda hələ çox erkən və çətin bir mərhələdə olduğunu vurğulamışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026