• Bakı 27° C

    2.01 m/s

  • USD - 1.7

    EUR - 1.9633

    RUB - 2.1023

“Şam yeməyində belə rəqabət aparırdı” - Ronaldodan danışdı

İDMAN

07 Avqust 2026 | 20:37

“Şam yeməyində belə rəqabət aparırdı” - Ronaldodan danışdı

“Real Madrid” və “Mançester Yunayted”in keçmiş hücumçusu Xavyer Ernandes (Çiçarito) Rio Ferdinandın müəllif podkastında Kriştianu Ronaldo barədə təəssüratlarını bölüşüb.

Bakıvaxtı.az xəbər verir ki, meksikalı hücumçu 2014/15 mövsümündə portuqaliyalı ulduzla birlikdə “Kral klubu”nun şərəfini qoruyub.

Ferdinandın “Ronaldo ilə eyni soyunub-geyinmə otağında olarkən ilk təəssüratın necə oldu?” sualına “Çiçarito” belə cavab verib:

“Möhtəşəm idi. Sizin Mançesterdə onun haqqında danışdıqlarınızın hamısı həqiqət idi. O, hətta şam yeməyi masasında belə rəqabət aparırdı. Lakin bu rəqabət ruhunun təkəbbürlə heç bir əlaqəsi yoxdur. O, kimsədən üstün olduğunu sübut etməyə çalışmırdı. Sadəcə, ən yaxşı olmaq üçün hər gün, hər saniyə bu rejimdə olmalısan. Şəxsi söhbətlərimizdə də o, tamamilə səmimi və təbii insan idi”.

Məlumat üçün bildirək ki, Kriştianu Ronaldo 5 qat Çempionlar Liqasının qalibi, 2016-cı ilin Avropa çempionu və ikiqat Millətlər Liqasının qalibidir. Portuqaliyalı ulduz, həmçinin milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Çempionatı tarixinin ən çox qol vuran oyunçusudur. Bundan başqa, Ronaldo 5 dəfə “Qızıl top” mükafatına layiq görülüb./Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR