• Bakı 32° C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

Üç ölkədən Gürcüstanla bağlı bəyanat: Cavabsız qalmayacaq!

DÜNYA

08 Avqust 2026 | 09:47

Üç ölkədən Gürcüstanla bağlı bəyanat: Cavabsız qalmayacaq!

Rusiya hərbçiləri 2008-ci il avqustun 12-də imzalanmış altı bəndlik saziş üzrə Moskvanın üzərinə götürdüyü öhdəliklərə və beynəlxalq hüquqa zidd olaraq Gürcüstanın işğal olunmuş bölgələrində qalmaqda davam edirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniya, Fransa, Almaniya və İtaliyanın birgə bəyanatında bildirilib.

Onların qiymətləndirməsinə görə, bu ərazilərin sonrakı hərbiləşdirilməsi təkcə Gürcüstan üçün deyil, həm də regional və Avropa sabitliyi üçün ciddi təhlükə yaradır.

Bəyanatda, həmçinin, 2026-cı il mayın 9-da Moskva ilə işğal olunmuş regionun qondarma “hakimiyyəti” arasında “müttəfiqliyin və əməkdaşlığın dərinləşdirilməsi haqqında” imzalanmış sazişə də istinad edilir. Bundan əlavə, Rusiya yaxınlarda öz vətəndaşını Cənubi Osetiyanın nominal rəhbəri təyin edib.

“Bu sənəd, eləcə də Rusiya vətəndaşının regionun rəhbəri təyin edilməsi regionun tamhüquqlu anneksiyasının mümkünlüyü ilə bağlı narahatlıq doğurur və belə bir addım cavabsız qalmayacaq”, – bəyanatda qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Avqust 2026