• Bakı 33° C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

Xocavənddə traktor MİNAYA DÜŞDÜ - YENİLƏNİB 

HADİSƏ

08 Avqust 2026 | 21:05

Xocavənddə traktor MİNAYA DÜŞDÜ - YENİLƏNİB 

Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində 2026-cı il 7 avqust tarixində mina partlayışı hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.

Bildirilib ki, Qazax rayon sakini 1961-ci il təvəllüdlü Abbasov Elçin Telman oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi buldozer minaya düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!

 

***

10:44

Xocavənd rayonunda traktor minaya düşüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Qızılqaya kəndində baş verib.

Məlumata görə, E.Abbasovun idarə etdiyi traktor kənd ərazisində minaya düşüb.

Hadisə nəticəsində traktora zərər dəysə də, xəsarət alan olmayıb./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Avqust 2026