• Bakı 19° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Şamaxı və Şahdağa dolu düşüb

HADİSƏ

07 Sentyabr 2026 | 16:52 | Müəllif: Əli Hüseynov

Şamaxı və Şahdağa dolu düşüb

Azərbaycanın bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir, yağıntılar ayı-ayrı yerlərdə leysan xarakterlidir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 7-si saat 16:30-a olan məlumatında qeyd edilib.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Tərtərdə, eləcə də Bakıda və Abşeron yarımadasında 25, Zaqatalada 23, Neftçala, Göyçay, Salyanda 20, Şəki, Zərdabda 18, Şirvanda 17, Yevlax, Şahdağ, Göygöldə 15 m/s-yə çatır.

Saat 16:05-16:12 radələrində Şahdağa diametri 3 mm, saat 16:15-16:19 radələrində isə Şamaxı rayonu Çuxuryurd və Məlhəm kəndləri ərazisinə diametri 0.5 mm olan dolu düşüb.

Gəncə, Balakən, Bərdə, Qrız, Quba, Şamaxı, Şirvan, Zaqatalada yağış yağır, şimşək çaxır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026