• Bakı 9° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Avtomobil dağlıq yolda 70 metr məsafədə dərəyə yuvarlandı

HADİSƏ

07 Oktyabr 2026 | 12:43 | Müəllif: Əli Hüseynov

Avtomobil dağlıq yolda 70 metr məsafədə dərəyə yuvarlandı

Astara rayonunda, dağlıq relyefə malik Hamoşam kəndi ərazisində, meşə massivindən keçən yolda hərəkətdə olan “VAZ 2121” markalı avtomobil yoldan çıxaraq təxmin 70 metr məsafədə dərəyə yuvarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, nəticədə avtomobilin sürücüsü, Reqloba kənd sakini 60 yaşlı Əlikram Ağayev hadisə yerində həyatını itirib.

İlkin məlumata görə hadisənin baş verməsinə səbəb yolun yağışlı hava ilə əlaqədar sürüşkən olması göstərilir. Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi payız-qış mövsümü ilə əlaqədar oxşar hadisələrin artması ehtimalını nəzərə alaraq, enişli-yoxuşlu yollarda idarəetmə təcrübəsinin mühüm əhəmiyyət daşıdığını bir daha qeyd edir, sürücüləri yol və hava şəraitini hər zaman diqqətdə saxlamağa, dağlıq ərazilərə səfərlər zamanı daha ehtiyatlı olmağa, avtomobillərinin texniki xarakteristikasının onun keçəcəyi ərazinin relyefinə uyğun olub-olmamasına diqqət yetirməyə çağırır!


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026