• Bakı 19° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Ötən ay Bakı metrosunda eskalatorlar 200 dəfəyə yaxın dayanıb

HADİSƏ

07 Sentyabr 2026 | 15:55 | Müəllif: Əli Hüseynov

Ötən ay Bakı metrosunda eskalatorlar 200 dəfəyə yaxın dayanıb

Bu ilin avqust ayında Bakı metrosunda eskalatorlar 198 dəfə dayanıb.

Bu barədə Bakıvaxtı.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, bu halların böyük hissəsi sərnişinlərin diqqətsizliyi və müdaxilələri ilə bağlı olub.

Ötən ay 84 dəfə sərnişin müdaxiləsi, 80 dəfə – sərnişin yıxılması və 34 dəfə digər səbəblər qeydə alınıb.

Rəqəmlər göstərir ki, eskalatordan istifadə zamanı bir anlıq diqqətsizlik və qaydalara müdaxilə həm hərəkətin dayanmasına, həm də təhlükəli vəziyyətlərin yaranmasına səbəb olub.

Qurum bildirib ki, eskalatorun təhlükəsizliyi yalnız texniki sistemdən deyil, sərnişinin davranışından da asılıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026