Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) heyvan kəsimi məntəqələrində növbəti monitorinqlər aparıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Agentliyin Bakı Regional Bölməsinin sektor müdiri Ülviyyə Cəlilova bildirib ki, monitorinqlər zamanı bəzi kəsim məntəqələrində qida təhlükəsizliyi və baytarlıq nəzarəti sahəsində qüvvədə olan texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Onun sözlərinə görə, aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə sahibkarlara qısa müddət ərzində zəruri tədbirlərin görülməsi və görülmüş işlərin nəticələri barədə Agentliyə məlumat təqdim edilməsi tapşırılıb.
Bakı 



