• Bakı 31° C

    5.59 m/s

  • USD - 1.7

    EUR - 1.9633

    RUB - 2.1023

Bakı-İrəvan razılaşması Cənubi Qafqazda güc nisbətini dəyişdi

SİYASƏT

07 Avqust 2026 | 14:00

Bakı-İrəvan razılaşması Cənubi Qafqazda güc nisbətini dəyişdi

“Vaşinqtonda ötən il avqustun 8-də əldə olunmuş razılaşmalar təkcə Azərbaycanla Ermənistan arasında barışığın təməlini qoymadı, həm də Cənubi Qafqaza dair illərdir tətbiq olunan köhnəlmiş yanaşmalara son qoydu. Bu, regionun geostrateji mənzərəsində mahiyyətcə tamamilə yeni dövrün başlanğıcıdır.

Bu fikirləri Bakıvaxtı.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Ağ Evdə əldə olunan tarixi razılaşmaların Cənubi Qafqazın gələcəyinə təsirləri barədə danışarkən bildirib.

Onun sözlərinə görə, bu uğurlu gedişat bilavasitə Azərbaycan dövlət başçısının nümayiş etdirdiyi prinsipial siyasi iradənin və strategiyanın nəticəsidir:

"Bölgədə TRIPP layihəsinin reallaşdırılması Cənubi Qafqazda münaqişə səhifəsinin qapandığını, diqqətin iqtisadi potensialın reallaşdırılmasına yönələcəyini göstərir. Bu mənada ABŞ səfəri və onun yekunları fövqəladə önəm kəsb edir. Yaranmış reallıqlar Prezident İlham Əliyevin qlobal miqyaslı xadim olduğunu bir daha təsdiqləyir. Çünki Bakının strategiyası yalnız ərazilərimizin işğaldan azad edilməsi və suverenliyin bərpası ilə bitmədi, bütünlükdə regionun inkişaf drayverinə çevrildi".

Şəbnəm Həsənova: Cənubi Qafqazın yeni geosiyasi arxitekturasının baş memarı məhz Prezident İlham Əliyevdir

Ş.Həsənova qeyd edib ki, sülhün dividentləri artıq real həyatda öz əksini tapır:

"Ermənistana tranzit yükdaşımalarına qoyulan məhdudiyyətlərin ləğvi bu ölkənin iqtisadi dirçəlişinə və sosial mühitə birbaşa təsir göstərir. Bu, məhz İlham Əliyevin uzaqgörənliyinin regiona gətirdiyi imkanlardır. Sülh şərtlərini Azərbaycanın diktə etməsi yalnız İrəvanı deyil, həm də beynəlxalq gücləri Bakının qələbəsini və formalaşdırdığı reallıqları qəbul etməyə vadar etdi".

Müsahibimiz onu vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan lideri ilə intensiv təmasları və çıxışlarında İlham Əliyevə istinad etməsi xüsusi diqqətəlayiqdir:

"Bu amil ABŞ ilə Azərbaycan arasında dialoqun nə dərəcədə yüksək səviyyədə olduğunu göstərir. Bütün bunlar sübut edir ki, Cənubi Qafqazın yeni geosiyasi arxitekturasının baş memarı məhz prezident İlham Əliyevdir".

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Avqust 2026