Tailandın Nonthaburi əyalətində məktəbdə baş verən atışmada hücumçu da daxil olmaqla yeddi nəfər həlak olub.
Bakıvaxtı.az-ın "Khaosod"a istinadən məlumatına görə, ölənlərdən üçü müəllim, üçü şagird və bir nəfər atəş açan şagirddir.
Məlumata görə, atıcı məktəb binalarından birində ölü tapılıb. İlkin məlumata görə, o, intihar edib.
Polis idarəsinin məlumatına görə, hadisə zamanı daha 15 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.
***
08:16
Tailandda məktəbdə atışma olub.
Bakıvaxtı.az TASS-a istinadla xəbər verir ki, hadisə Nontaburi əyalətindəki məktəblərin birində qeydə alınıb.
İlkin məlumatlara görə, hadisə nəticəsində iki müəllim həlak olub, daha üç müəllimin vəziyyəti ağırdır. 20-dən çox insan yaralanıb.
Hüquq-mühafizə orqanları və təcili yardım xidmətləri hadisə yerində işləyir.
Bakı 



