• Bakı 30° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.9633

    RUB - 2.1023

Hindistanda ildırım 20 nəfərin həyatına son qoydu

CƏMİYYƏT

07 Avqust 2026 | 09:32

Hindistanda ildırım 20 nəfərin həyatına son qoydu

Hindistanın Carkhand ştatında son bir sutka ərzində ildırım vurması nəticəsində ən azı 20 nəfər həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Prasar Bharati" teleradioyayım korporasiyası məlumat yayıb.

Ən çox ölüm halı Giridh dairəsində qeydə alınıb, burada 11 nəfər ölüb. Kəskin hava şəraiti ştatın bir neçə digər bölgəsinə də ciddi ziyan vurub. Hindistanın Meteorologiya Departamenti növbəti üç gün üçün "narıncı" təhlükə xəbərdarlığı elan edib.

"Prasar Bharati"nin məlumatına görə, son 24 saatda Carkhandda güclü leysan və şimşəklə müşayiət olunan musson yağışları daha da şiddətlənib. Xatırladaq ki, avqustun 5-də polis bu ştatda ildırım vurmasından 13 nəfərin öldüyünü bildirmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Avqust 2026