İranın qadınlardan ibarət milli futbol komandasının keçmiş üzvləri Atifə Ramazanizadə və Fatimə Pəsəndidəyə Avstraliya vətəndaşlığı verilib.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda Avstraliya mətbuatı məlumat yayıb.
Məlumata görə, Avstraliyanın Brisben şəhərində keçirilən mərasimdə futbolçuların vətəndaşlığı rəsmi olaraq elan edilib.
Qeyd edək ki, 2026-cı ilin mart ayında Avstraliyada keçirilən turnirdə iştirak edən İranın qadınlardan ibarət milli futbol komandasının 5 üzvü ölkəyə qayıtdıqları təqdirdə həyatları üçün təhlükə olduğunu əsas gətirərək Avstraliyadan rəsmi sığınacaq istəmişdilər.
Sonradan onlardan üçü İranda ailələrinə təzyiq göstərilməsi səbəbindən ölkəyə qayıtsalar da, Atifə Ramazanizadə və Fatimə Pəsəndidə geri qayıtmaqdan imtina etmişdirlər.
Bakı 



