• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Şadlıq sarayı qiymətindən 2 milyon ucuza satışa qoyuldu

CƏMİYYƏT

06 Avqust 2026 | 10:30 | Müəllif: Əli Hüseynov

Şadlıq sarayı qiymətindən 2 milyon ucuza satışa qoyuldu

Şadlıq sarayı bazar qiymətindən 2 milyon ucuza satışa qoyulub.

Bakıvaxtı.az "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Lənkəran rayonunun Gərmətük qəsəbəsində yerləşən şadlıq sarayı satışa çıxarılıb.

Bu, "Əzizə" şadlıq sarayının yerləşdiyi obyektdir.

Əmlaka 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi daxildir.

Daşınar əşyalarla birlikdə satışa çıxarılan əmlakın ilkin (bazar) qiyməti 5 milyon 377 min manat müəyyən edilsə də, hazırkı hərrac qiyməti 3 milyon 495 min 50 manat təşkil edir.

Bu məbləğ əmlakın minimum satış qiymətinə, yəni bazar dəyərinin 65 faizinə uyğundur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026