• Bakı 28° C

    8.3 m/s

  • USD - 1.7

    EUR - 1.961

    RUB - 2.1031

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndərilib

CƏMİYYƏT

06 Avqust 2026 | 11:45

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndərilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Bakıvaxtı.az
xəbər verir ki, çəkisi 979 ton olan 14 vaqondan ibarət buğda Biləcəri stansiyasından yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 36 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 414 ton antrasit və 67 min ton taxta materialları göndərilib.

Eyni zamanda, indiyə qədər Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Avqust 2026