Gün ərzində çox gəzdikdən sonra günün sonunda ayaqların şişməsi adi haldır. Lakin bəzi hallarda bu şişkinliyin daha ciddi səbəbi ola bilər.
Bakıvaxtı.az "psicologiaplus.net"ə istinadla xəbər verir ki, axşam saatlarında aşağı ətrafların şişməsi çox yayğındır. Çox vaxt simmetrik və orta dərəcədə olur və istirahət zamanı, xüsusən də ayaqlar qaldırıldıqda ağrı yox olur və ya azalır.
Angioloq Dr. Salloum izah edir ki, bu şişkinlik əsasən ayaqlara və topuqlara təsir edir. Xüsusən də uzun müddət ayaq üstə və ya oturan, venoz çatışmazlığı olan və ya istiliyə məruz qalan şəxslərdə baş verir.
Ayaqlar niyə axşamlar şişir?
Ümumi səbəblər bunlardır.
Birincisi, uzun müddət ayaq üstə duran zaman ayaqlar şişir, çünki, ayaqlarda qan durğunlaşır.
İkincisi, statik oturma vəziyyətidir ki, bu halda venoz qayıdışı yavaşlayır.
Üçüncüsü, venoz çatışmazlığıdır ki, bu halda da venoz klapanlarının nasazlığı artır.
Dördüncüsü, istilikdir. İstilik də qan damarlarının genişlənməsinə yol açır.
Hansı dərman növü qəbul edilməlidir ?
Kalsium kanal blokerləri (hipertoniya), Qeyri-steroid iltihab əleyhinə dərmanlar (QSİƏP), kortikosteroidlər, Antidepressantlar qəbul edilməlidir.
Xəstəliyin qarşısı alınmazsa, nələrə yo laça bilir?
İlk növbədə ürək çatışmazlığı yaradır, ürəyin zəif döyünməsi müşahidə olunur. Böyrək çatışmazlığı əmələ gətirir, böyrəklər düzgün süzmür,csu və natriumun tutulması yaranır. Sirroz yaradır, yəni albumin azalır, toxumalara maye sızır. Dərin venaların trombozuna yol açır, bununla da qan laxtası damarları tıxayır. Qızılca yaradır, bu da dəri infeksiyası, iltihab və ödem deməkdir.
Aydın
Bakı 



