"Yeraltı" serialında Mələk rolunu canlandıran 17 yaşlı aktrisa Ülkü Hilal Çiftçinin atası Ünal Çiftçi həmin serialda qızınn tərəf-müqabili olan Hakan Çələbini polisə verib.
Bakıvaxtı.az xəbər verir ki, ata Ünal iddia edib ki, hələ yetkinlik yaşına çatmamış qızı özündən 10 yaş böyük olan həmkarı Hakan Çələbi ilə münasibətdədir.
O, ifadəsində deyib: "WhatsApp mesajlarını gördüm, narahat oldum... Həmçinin, qızımın agentliyi onun aktyorluq fəaliyyətinə görə mənim təsdiqimi almayıb. Qızımın agentliyindən və Hakan Çələbidən şikayətçiyəm".
Bakı 




