• Bakı 30° C

    4 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.1156

General-leytenant işdən çıxarıldı - FOTO

CƏMİYYƏT

05 Avqust 2026 | 15:58

General-leytenant işdən çıxarıldı - FOTO

Türkiyədə Konyaspora dəstək məqsədilə F-16 qırıcısı və "Skorsky" helikopterinin uçuşunu təşkil etməsi ilə gündəmə gələn tümgeneral Mete Kuş Yüksək Hərbi Şuranın (YAŞ) qərarı ilə təqaüdə göndərilib.

Bakıvaxtı.az xəbər verir ki, Konya 3-cü Əsas Reaktiv Aviasiya Bazası və Qarnizon Komandanı vəzifəsindən daha əvvəl alınaraq Hərbi Hava Qüvvələri Komandanlığının sərəncamına verilən Mete Kuş kadrsızlıq səbəbindən ehtiyata buraxılıb.

Xatırladaq ki, hadisə ötən il Konya şəhərində keçirilən Konyaspor – Fənərbağça matçından əvvəl baş vermişdi.

İddialara görə, Mete Kuş ev sahibi komandaya dəstək məqsədilə stadion üzərində F-16 qırıcısı və "Skorsky" helikopterinin nümayiş uçuşunu təşkil etmişdi.

Hadisə geniş ictimai müzakirələrə səbəb olmuş, bundan sonra general tutduğu vəzifədən uzaqlaşdırılmışdı. YAŞ-ın son qərarı ilə isə o, təqaüdə göndərilib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Avqust 2026