Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib.
Bakıvaxtı.az xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncamlara əsasən, Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrədə, Anar Keykavus oğlu Əcəmov isə Niderlandda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Anar Əcəmovun qardaşı Əcəmov Ayaz Keykavus oğlu uzun illərdir neft-qaz və elm sahəsində fəaliyyət göstərir.
5 oktyabr 1972-ci il təvəllüdlü Ayaz Əcəmov 1994-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasını fərqlənmə diplomu ilə bitirib. Həmin il “Fiziki-kimya” kafedrasının aspirantı olub.
1997-ci ildə dissertasiya müdafiə edən Ayaz Əcəmov kimya elmləri namizədi elmi dərəcəsi alıb.
Hazırda o, SOCAR-ın Baş ofisində Qaz Əməliyyatları departamentində böyük mühəndis vəzifəsində çalışır.
Murad İsmayıl




