• Bakı 23° C

    0.21 m/s

  • USD - 1.7

    EUR - 1.968

    RUB - 1.9551

Avstraliyada oxuyan azərbaycanlı tələbənin problemi nəzarətə götürüldü

CƏMİYYƏT

03 Sentyabr 2026 | 20:01

Avstraliyada oxuyan azərbaycanlı tələbənin problemi nəzarətə götürüldü

Melburn Universitetində Bədii və Sənədli Filmlər üzrə Prodüserlik magistr proqramında təhsil alan azərbaycanlı tələbə Afaq Yusiflinin təhsil haqqının ödənilməsilə bağlı yaranmış problem Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və onun tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin nəzarətinə götürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Kino Agentliyindən məlumat verilib.
 
Bildirilib ki, Afaq Yusiflinin təhsil haqqı qismən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıcı Sənayelər üzrə xüsusi təqaüd proqramı çərçivəsində ödənilib.

Nazirlik bu istiqamətdə öz üzərinə düşən öhdəliyi yerinə yetirib. Digər tərəf vəsaiti vaxtında köçürmədiyinə görə təhsil haqqının ödənilməsində problem yaranıb.

Artıq Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən Kino Agentliyi tərəfindən vəsaitin qalan hissəsinin də ödənilməsi üçün lazım olan addımların atılmasına başlanlıb.

Məsələ ən qısa zamanda tam həllini tapacaq.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR