• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İran BƏƏ və Küveytdəki ABŞ bazalarına zərbə endirdi

DÜNYA

03 Sentyabr 2026 | 18:24 | Müəllif: Gülşən Şərif

İran BƏƏ və Küveytdəki ABŞ bazalarına zərbə endirdi

İran Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Küveytdəki ABŞ bazalarına raket və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İslam Respublikasının hərbi dairələrinə istinadən IRNA məlumat yayıb.

“Bu səhər İran İslam Respublikasının Silahlı Qüvvələri Küveytdəki Əhməd əl-Cabir bazasında yerləşən Amerika qüvvələrinə məxsus peyk rabitəsi sistemlərinə, avadanlıq anbarlarına və qırıcı təyyarə aerodromlarına raket və PUA-larla zərbələr endirib”.

Bildirilir ki, həmin hücumlar nəticəsində rabitə sistemlərinə və aerodromlara ziyan dəyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026