• Bakı 19° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Binəli Yıldırım TDT üzv ölkələri təbrik etdi

DÜNYA

03 Oktyabr 2026 | 14:38 | Müəllif: Gülşən Şərif

Binəli Yıldırım TDT üzv ölkələri təbrik etdi

Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Türk Dövlətləri Əməkdaşlıq Günü münasibəti ilə quruma üzv ölkələri təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.

“Keçmişdən aldığımız güc və ortaq dəyərlərimizlə gələcəyə əmin addımlarla irəliləyirik. Türk Dövlətləri Təşkilatı çərçivəsində güclənən əməkdaşlığımızın iqtisadiyyat, mədəniyyət, təhsil və sosial sahələrdə daha da inkişaf edərək, qardaş ölkələrimiz arasındakı bağları daha da möhkəmləndirməsini və ortaq gələcəyimizə dəyər qatmasını arzulayıram.

3 Oktyabr Türk Dövlətləri Əməkdaşlıq Günü mübarək olsun. Türk dünyasının birliyi, həmrəyliyi və qardaşlığı daim olsun”, - Binəli Yıldırım bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Oktyabr 2026