• Bakı 25° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.968

    RUB - 1.9551

Obameyanq həmin cəzaya görə millidəki karyerasını bitirdi

İDMAN

03 Sentyabr 2026 | 13:49

Obameyanq həmin cəzaya görə millidəki karyerasını bitirdi

İspaniyanın "Deportivo" klubunda çıxış edən Pyer-Emerik Obameyanq Qabon milli komandasında karyerasını başa vurmaq qərarına gəlib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, 37 yaşlı hücumçu Pyer-Emerik Obameyanqın bu addımı Qabon hökumətinin Tyer Müyumanın rəhbərlik etdiyi məşqçilər korpusunu mübahisəli şəkildə vəzifədən uzaqlaşdırmasından sonra verdiyi bildirilir. Bundan əlavə, milli komandanın fəaliyyətinin dayandırılması, eləcə də bu ilin yanvarında Afrika Millətlər Kubokunda yaşanan uğursuzluq futbolçunun qərarına təsir edib.

Qabon yığması turnirdə mübarizə apardığı qrupda sonuncu pillədə qərarlaşıb və heç bir xal toplaya bilməyib. Həmin yarış zamanı Brüno Eküel-Manqa və Pyer-Emerik Obameyanq oyunlardan kənarlaşdırılıb.

Bir neçə gün sonra Qabon rəsmiləri əvvəlki qərarlarını dəyişərək Pyer-Emerik Obameyanqın yenidən milliyə dəvət olunmasına şərait yaradıblar. Buna baxmayaraq, futbolçu beynəlxalq karyerasını birdəfəlik başa çatdırmaq qərarına gəlib.

"Onlar məni alçaltdılar və bütün günahı mənim üzərimə atdılar. Halbuki Afrika Millətlər Kubokunda zədəli halda oynayırdım. Bu, son damla oldu və mən artıq burada dayanmağa üstünlük verirəm. Düşünürəm ki, komandanın problemləri mənim kimi sadə bir şəxslə bağlı məsələlərdən daha dərindir", - deyə hücumçu bildirib.

Qeyd edək ki, Pyer-Emerik Obameyanq klub karyerasını İspaniya çempionatında davam etdirir. O, yay transfer dönəmində Fransanın "Marsel" klubundan "Deportivo"ya keçib. Hücumçu artıq La Liqanın ilk üç turunda rəqib qapılarına üç dəfə yol tapıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Sentyabr 2026