• Bakı 21° C

    5.06 m/s

  • USD - 1.7

    EUR - 1.973

    RUB - 1.9699

Ukrayna ilə bağlı qalmaqala görə bu ölkənin müdafiə naziri istefa verdi

DÜNYA

03 Sentyabr 2026 | 00:31

Ukrayna ilə bağlı qalmaqala görə bu ölkənin müdafiə naziri istefa verdi

Estoniyanın müdafiə naziri Hanno Pevkur Ukrayna üçün sursat tədarükü ilə bağlı qalmaqala görə istefa verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o özü açıqlama yayıb. 

"Hesab edirəm ki, bu gün bütün müdafiə sektoru üçün siyasi məsuliyyəti öz üzərinə götürmək və müdafiə naziri vəzifəsini baş nazirə vaxtında təhvil vermək düzgündür", - deyə siyasətçi bildirib.

Estoniya Ukraynaya sursat üçün avans olaraq təxminən 70 milyon avro məbləğində vəsaiti İtaliyanın Datasel S.R.L. şirkətinə köçürüb. Daha sonra məlum olub ki, şirkət əslində Hindistan biznes ailəsinin üzvləri ilə əlaqəli bir şirkətdir. Pulun harada olduğu hələ də məlum deyil. Şirkətlə mübahisə hazırda arbitrajda müzakirə olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Sentyabr 2026