• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

DÜNYA

02 Oktyabr 2026 | 21:44 | Müəllif: Subhan Mahmudov

Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır.

Bakıvxtı.az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq.

Karni və Ərdoğan iyulda Ankarada keçirilən NATO sammiti çərçivəsində başlanan azad ticarət danışıqlarını, həmçinin enerji və müdafiə sahələrində əməkdaşlığın perspektivlərini müzakirə edə bilərlər.

Bundan əlavə, hər iki ölkənin ticarət nazirləri bu həftə liderlərin görüşü ərəfəsində danışıqları sürətləndirmək barədə razılığa gəliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026