Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevdəki Cənub körpüsünü vurub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
O qeyd edib ki, bir neçə dəfə körpüyə hücum olub, nəticədə nəqliyyatın hərəkəti dayanıb.
Hücumun təfərrüatı barədə məlumat verilməyib.
















