Qərb Ukrayna münaqişəsini həll etmək deyil, onu dondurmaq və Rusiyanın sərhədlərinə təhlükə yaratmaq istəyir.
Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O, Qərbin Ukraynanı NATO-ya qəbul etməyəcəyini, lakin alyansın üzvləri ilə eyni zəmanətləri verəcəyini bildirib.
"Rusiyanın dürüst əməkdaşlıq etməyə hazır olan kifayət qədər dostu və tərəfdaşı var, Avropa isə dürüst əməkdaşlığa hazır deyil. Dürüst əməkdaşlıq etməyi bilmir", - deyə nazir qeyd edib.
Gülşən Şərif




